Qazaxıstanın yeni Konstitusiyası qüvvəyə mindi

1-07-2026, 12:19 1 728 dəfə baxılıb

 

Qazaxıstanda bu gündən ölkənin yeni Konstitusiyası qüvvəyə minib.


“Yenisirvanli.info.az” xəbər verir ki, bununla da Qazaxıstanın 1995-ci il 30 avqust tarixli əvvəlki əsas qanunu qüvvədən düşüb.


Eyni zamanda, Məclis və Senatdan ibarət ikipalatalı parlamentin də səlahiyyətlərinə xitam verilib.


Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev xalqı yeni Konstitusiyanın qüvvəyə minməsi münasibətilə təbrik edib.


Qeyd edək ki, bu ilin martın 15-də referendumla qəbul edilən Konstitusiyada bir neçə əsas yeniliklər mövcuddur. Bunlar arasında vitse-prezident vəzifəsinin təsis edilməsi, parlamentin birpalatalı olması və Kurultay adlandırılması (o, 145 deputatdan ibarət olacaq və müstəsna olaraq partiya əsasında seçiləcək), Qazaxıstanın ali məsləhətçi orqanı olan “Xalq Keneşi”nin (Xalq Şurası) yaradılması, Qazaxıstan Xalqı Assambleyasının ləğv edilməsi var. 


Kurultaya seçkilər Konstitusiyanın qüvvəyə mindiyi gündən etibarən bir ay ərzində prezident tərəfindən elan edilməli və iki ay ərzində keçirilməlidir. Birinci çağırış Kurultayın ilk sessiyasının açıldığı gündən etibarən iki ay ərzində prezident Kurultayın razılığı ilə vitse-prezidenti təyin etməlidir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031