Türkiyə həmin kruiz gəmisini limanlarına buraxmadı

3-07-2026, 15:42 1 750 dəfə baxılıb

 

Türkiyə hakimiyyəti LGBTQ+ icması turistlərinə xidmət göstərən kruiz gəmisinin ölkə limanlarına yan almasına icazə verməyib. 


“Yenisirvanli.info.az” xəbər verir ki, bu barədə CNN sözügedən kruizi təşkil edən “Atlantis Events” şirkətinə istinadən məlumat yayıb. 


Bildirilib ki, Yunanıstandan 5 iyulda başlayan “Athens to Venice” kruizi yola düşdükdən iki gün sonra Türkiyənin Kuşadası liman şəhərinə daxil olmalı, sonra isə İstanbula yönəlməli olub. 


Lakin Türkiyənin yerli hakimiyyət orqanları gəminin “cəmiyyətin dəyərləri və mənəvi normaları ilə uzlaşmayan davranışları ilə tanınan qruplar” tərəfindən icarəyə götürüldüyünü əsas gətirərək onun ölkə limanlarına daxil olmasına icazə verməyiblər.  


Nəticədə, kruiz gəmisi Misir və Yunanıstandakı alternativ istiqamətlərə yönəldilib. Şirkət marşrutun “onlardan asılı olmayan səbəblər”ə görə dəyişdirildiyini açıqlayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031