Paşinyanın adı həmin siyahıdan çıxarıldı - Yenilənib

3-07-2026, 17:17 1 755 dəfə baxılıb


Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyaya səfər edəcək.


“Yenisirvanli.info.az” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, o, 6-9 iyul tarixlərində Yekaterinburqda keçiriləcək “İNNOPROM-2026” beynəlxalq sənaye sərgisində iştirak edəcək.


Məlumata görə, hökumət başçısının adı forumun spikerlərinin siyahısına daxil edilib.


Tədbirin iştirakçıları arasında həmçinin Rusiyanın hökumət başçısı Mixail Mişustin, Belarusun Baş naziri Aleksandr Turçin, Qazaxıstanın Baş naziri Oljas Bektenov və Qırğızıstanın Nazirlər Kabinetinin sədri Adılbek Kasımaliyevin də olacağı bildirilir.


***


Nikol Paşinyanın adı “İNNOPROM-2026” sərgisinə dəvət olunan spikerlərin siyahısından çıxarılıb.


Əvvəlcə həm sərginin rəsmi saytında, həm də Rusiya mətbuatında Paşinyanın sərgidə iştirak edəcəyi qeyd olunsa da, sonradan Ermənistan Baş nazirinin adı tədbirin saytında əks olunmuş spikerlər siyahısından çıxarılıb. 


Sərginin təşkilatçıları proqramdakı dəyişikliyi hələlik şərh etməyiblər.

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031