NATO sammiti ərəfəsində mühüm zəng: Tramp və Putin nələri müzakirə etdilər?

5-07-2026, 08:47 1 738 dəfə baxılıb

 

Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı baş tutub.


“Yenisirvanli.info.az” Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Putinin köməkçisi Yuri Uşakov məlumat yayıb.


Onun sözlərinə görə, iyulun 5-də baş tutan danışıq 1 saat 25 dəqiqə davam edib. Dövlət başçıları Rusiyanın ABŞ dövlətçiliyinin formalaşmasına verdiyi tarixi töhfələri müzakirə ediblər. Danışığın ənənəvi olaraq işgüzar və konstruktiv şəraitdə keçdiyi qeyd olunub. Vladimir Putin Rusiyanın ABŞ-nin tarixi dövlətçilik prosesindəki roluna xüsusi diqqət çəkib.


Telefon danışığında, həmçinin ABŞ prezidentinin gələn həftə keçiriləcək NATO sammitində iştirakı ərəfəsində Ukrayna böhranı ilə bağlı məsələlər də nəzərdən keçirilib. Donald Tramp atəşkəsin mümkün qədər tez əldə olunmasına və münaqişənin sülh yolu ilə həllinə kömək etməyə hazır olduğunu bir daha təsdiqləyib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031