Tehranda Xameneinin cənazəsi ilə yürüş keçirilir - Video

6-07-2026, 12:13 1 743 dəfə baxılıb

 

İranın paytaxtı Tehranda ölkənin mərhum Ali Lideri Əli Xameneinin cənazəsi ilə matəm yürüşü keçirilir. 


“Yenisirvanli.info.az” xəbər verir ki, mərasimdən görüntülər sosial şəbəkələrdə paylaşılır.


Yürüşə yüz minlərlə sakin qatılıb. 


Əli Xameneinin cənazəsi Enqelab küçəsindən Azadi meydanına qədər aparılacaq. Orada artıq bir milyondan çox vətəndaşın toplaşdığı bildirilir. Havaların isti keçməsini nəzərə alaraq, yanğınsöndürən maşınlar yürüş iştirakçılarını şlanqlardan su ilə isladır. Təhlükəsizliyə İslam İnqilabı Keşikçiləri Korpusunun silahlı əməkdaşları nəzarət edir.


Yürüş başa çatdıqdan sonra cənazə ölkənin əsas dini mərkəzi olan Qum şəhərinə göndəriləcək. Sabiq rəhbərin cənazəsi iyulun 8-də İraqa aparılacaq, orada Kərbəla və Nəcəf şəhərlərində ayrıca vida mərasimləri keçiriləcək. İyulun 9-da isə Ayətullah Seyid Əli Xamenei öz vəsiyyətinə uyğun olaraq Məşhəd şəhərində torpağa tapşırılacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031