Ermənistan Pakistana ilk səfirini təyin etdi

6-07-2026, 17:16 1 742 dəfə baxılıb

 Karen Qriqoryan Ermənistanın Pakistandakı səfiri təyin edilib. 


“Yenisirvanli.info.az” “Armenpress”ə istinadən xəbər verir ki, bununla bağlı Ermənistan Prezidenti Vaaqn Xaçaturyan fərman imzalayıb.


Pakistana yeni təyin olunmuş səfirin iqamətgahının Əbu-Dabi şəhərində olacağı bildirilir. K. Qriqoryan həm də Ermənistanın Birləşmiş Ərəb Əmirliklərindəki fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışır. 


Qeyd edək ki, Ermənistan və Pakistan arasında diplomatik münasibətlərin qurulması haqqında sənəd 31 avqust 2025-ci ildə Tyantszin şəhərində keçirilən ŞƏT sammiti çərçivəsində imzalanıb. Bundan əvvəl Pakistan Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib, işğal faktına görə isə Ermənistanı dövlət olaraq tanımaqdan imtina etmişdi.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031