Tramp Türkiyəyə yola düşdü - Video

7-07-2026, 08:18 1 749 dəfə baxılıb

 ABŞ Prezidenti Donald Tramp NATO-nun 36-cı Dövlət və Hökumət Başçıları Zirvə Görüşündə iştirak etmək üçün Türkiyəyə yola düşüb.


“Yenisirvanli.info.az” xəbər verir ki, Tramp Merilend ştatındakı Endryus Birləşmiş Hərbi Hava Bazasından “Air Force One” təyyarəsi ilə Ankaraya yola çıxıb.


NATO-nun iki gün davam edəcək sammitində alyansın 32 üzv ölkəsinin lideri bir araya gələcək.


ABŞ Prezidentinin proqramına Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ikitərəfli görüş də daxildir. Beştəpədə keçirilməsi planlaşdırılan görüşdə Türkiyə-ABŞ münasibətləri, regional və beynəlxalq məsələlər, eləcə də, iki ölkə arasında əməkdaşlığın gündəmdə olan mövzularının müzakirə ediləcəyi gözlənilir.


Türkiyə Prezident Administrasiyasının Kommunikasiya direktoru Burhanəddin Duran bildirib ki, Ərdoğan və Tramp görüş zamanı iki ölkə arasındakı münasibətləri bütün istiqamətlər üzrə nəzərdən keçirəcəklər.


NATO sammiti çərçivəsində Trampın digər müttəfiq ölkələrin liderləri ilə də bir sıra ikitərəfli görüşlər keçirməsi planlaşdırılır.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031