Britaniya “Zəngəzur” gəmisinin sanksiyasını ləğv etdi

9-07-2026, 12:34 1 759 dəfə baxılıb

 Böyük Britaniya Azərbaycana məxsus “Zəngəzur” gəmisinə tətbiq etdiyi sanksiyanı ləğv edib.


“Yenisirvanli.info.az” xəbər verir ki, bu barədə Britaniya hökuməti 7 iyul tarixində məlumat yayıb.


Qeyd olunub ki, sözügedən gəmi “Ukraynada sabitliyin pozulmasına, o cümlədən bu ölkənin ərazi bütövlüyünə, suverenliyinə və müstəqilliyinə təhdidə yardım etmə, həmçinin Rusiya hökumətinə gəlir əldə etməkdə köməklik göstərmə” ittihamları ilə sanksiya siyahısına daxil edilmişdi.


Xatırladaq ki, “Zəngəzur” gəmisi Azərbaycana məxsus digər 4 gəmi - “Qarabağ”, “Xankəndi”, “Şuşa” və “Zaqatala” ilə birlikdə aprelin 24-ü Avropa İttifaqının (Aİ) da sanksiya siyahısından çıxarılmışdı.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031