Gürcüstanda sel fəlakəti - Telavi su altında qaldı+Video

12-07-2026, 13:47 1 787 dəfə baxılıb

 Gürcüstanın Telavi şəhərində güclü leysan yağışlarından sonra “Telavis xevi” çayı məcrasından çıxaraq ciddi fəsadlar törədib.


“Yenisirvanli.info.az” xarici KİV-ə istinadən xəbər verir ki, sel suları şəhərin mərkəzi küçələrini, yaşayış evlərinin zirzəmilərini, mağaza və aptekləri su altında qoyub.


Təbii fəlakət səbəbindən şəhərin böyük hissəsində işıq, qaz və içməli suyun verilişi dayandırılıb, bir neçə avtomobilə ziyan dəyib.


Kaxeti bölgəsinin qubernatoru dəyən ziyanın böyük olduğunu bildirib.


Hazırda əraziyə xüsusi texnika cəlb olunub və fəsadların aradan qaldırılması üçün operativ qərargah yaradılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031