ABŞ İranı, İran isə qonşu ölkələri vurdu

17-07-2026, 10:37 1 769 dəfə baxılıb

 İyulun 17-nə keçən gecə ABŞ İran ərazisinə zərbələr endirib.


“Yenisirvanli.info.az” İran mətbuatına istinadən xəbər verir ki, ölkənin bir çox şəhərləri silsilə raket zərbələrinə məruz qalıb.


Belə ki, Bəndər-Abbas və Keşm adası yaxınlığında partlayışların baş verdiyi, Əhvaz, Buşehr, Bəndər-Xomeyni, Bəndər Lingə, Veysian, Çabahar şəhərlərinə və İranşəhr hava limanına hücum edildiyi bildirilir.  


Buna cavab olaraq, İran ordusu pilotsuz uçuş aparatları və raketlər vasitəsilə Bəhreyn, Küveyt, İordaniya və Qətərdəki ABŞ bazalarına zərbələr endirib. 


İran mətbuatı ABŞ hərbçilərinin İranı atəşə tutmaq üçün raket sistemlərini İraq sərhədinə çatdırdığı yolun kütləvi hücuma məruz qoyduqlarını yazıb. Hücumlar zamanı Küveytdə yerləşdirilmiş ABŞ ordusunun Arkanzasdan olan 142-ci artilleriya briqadasının texnikası zərər görüb.


Bununla yanaşı, ABŞ-nin Bəhreyndə yerləşən Beşinci Hərbi-Dəniz Bazasında güclü partlayışların baş verdiyi, İordaniyanın şərqindəki Müvəffəq əs-Səlti bazasına zərbələr endirildiyi qeyd olunub.


Qətər Müdafiə Nazirliyi isə öz növbəsində İran tərəfindən atılan raketin zərərsizləşdirildiyini açıqlayıb.


Məlumata görə, əməliyyat zamanı raketlərin qalıqları bir uşağın yaralanmasına səbəb olub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031