Zəlzələ qurbanlarının sayı 5 mini ötdü

18-07-2026, 08:21 1 782 dəfə baxılıb

 Venesuelada iyunun 24-də cəmi 39 saniyə fərqlə baş verən 7,2 və 7,5 bal gücündə iki güclü zəlzələnin qurbanlarının sayı artmaqda davam edir.


“Yenisirvanli.info.az”ın xəbərinə görə, Venesuela Milli Assambleyasının sədri Xorxe Rodriges ölkədəki son vəziyyətlə bağlı açıqlamasında bildirib ki, təbii fəlakət nəticəsində ölənlərin sayı daha 139 nəfər artaraq 5069-a çatıb.


Onun sözlərinə görə, zəlzələlər zamanı 16 min 740 nəfər müxtəlif dərəcəli xəsarət alıb.


Dağıntıların baş verdiyi bölgələrdə axtarış-xilasetmə əməliyyatları fasiləsiz davam etdirilir.


Rodriges vətəndaşları xilasetmə işlərinə mane olmamaq üçün şəxsi avtomobillərlə La-Quayra bölgəsinə getməməyə çağırıb. O, humanitar yardımların yalnız rəsmi toplama məntəqələrinə çatdırılmasının vacibliyini vurğulayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031