Xəzərdə neft tankeri vuruldu

20-07-2026, 15:26 1 812 dəfə baxılıb

 Ukrayna Silahlı Qüvvələri Xəzər Boru Kəməri Konsorsiumunun (XBKK) Rusiyanın Novorossiysk limanı yaxınlığındakı dəniz terminalında “Nelsa” tankerinə dronla hücum edib. 


“Yenisirvanli.info.az” xəbər verir ki, bu barədə şirkətin Mətbuat xidməti məlumat yayıb. 


Hücumdan sonra tanker suda qalıb. Bildirilib ki, gəmidə qalan kapitan və baş zabit istisna olmaqla, onun 22 nəfərlik beynəlxalq heyəti XBKK-nın yedək gəmiləri ilə təxliyə edilib. Zərərçəkən yoxdur. 


Neftin yüklənməsi dayandırılıb, yanacağın dənizə tökülməsinin və alovlanmasının qarşısı isə alınıb.


Qazaxıstan Xarici İşlər Nazirliyi isə məsələ ilə bağlı bəyanat yayaraq “Belə hücumları Qazaxıstan Respublikasının iqtisadi maraqlarına yolverilməz qəsd kimi qiymətləndiririk” deyə bildirib.


Qeyd edək ki, Xəzər Boru Kəməri Konsorsiumu - uzunluğu 1500 kilometr olan Xəzər magistral neft kəmərinin tikintisi və istismarı üçün Rusiya, Qazaxıstan, eləcə də xarici hasilat şirkətlərinin iştirakı ilə yaradılmış beynəlxalq neft nəqli şirkətidir. 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031