Ermənistan Prezidenti xəstəxanalıq olub

23-07-2026, 16:48 1 834 dəfə baxılıb

 Ermənistan Prezidenti Vaaqn Xaçaturyan dünən xəstəxanaya yerləşdirilib. 


“Yenisirvanli.info.az” xəbər verir ki, bu barədə yerli “ArmLur.am” nəşri öz mənbələrinə istinadən məlumat yayıb. 


Nəşrə daxil olan məlumata görə, prezident özünü pis hiss edib, nəticədə o, infarktönü vəziyyətdə “Nairi” tibb mərkəzinə yerləşdirilib.


“Vaaqn Xaçaturyan zəruri müayinələrdən keçib, bundan sonra xəstəxanadan buraxılıb”, - nəşr iddia edib. 


Sözügedən tibb mərkəzinin Mətbuat xidməti isə prezidentin stasionar müalicə almadığını bildirib. Onlar dövlət başçısının tibb mərkəzində planlı tibbi müayinədən keçdiyini və hospitalizasiya olunmadığını açıqlayıblar:


“Bütün zəruri tibbi prosedurlar başa çatdıqdan sonra dövlət başçısı klinikanı tərk edib. Onun vəziyyəti normal olaraq qiymətləndirilir”.


Prezidentin Mətbuat xidmətinin əvvəlcə yerli mətbuata rəsmi açıqlama veriləcəyini vəd etdiyi, sonradan isə zənglərə cavab vermədiyi bildirilir. 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031