ABŞ sabahdan 60 ölkəyə yeni tariflər tətbiq edəcək

Bu gün, 09:18 1 818 dəfə baxılıb

 ABŞ Prezidenti Donald Trampın administrasiyası iyulun 25-dən etibarən 60 ticarət tərəfdaşının məhsullarına yeni idxal rüsumları tətbiq edəcək. Yeni tariflərin “məcburi əməyin qarşısının alınması” məqsədi daşıdığı bildirilir.


“Yenisirvanli.info.az” xəbər verir ki, ABŞ Ticarət Nümayəndəliyinin açıqlamasına görə, yeni rüsumlar 1974-cü il Ticarət Qanununun 301-ci maddəsi əsasında tətbiq olunur və ABŞ idxalının 99,4 faizini əhatə edəcək.


Tariflər ölkələrdən asılı olaraq 10 faiz və 12,5 faiz səviyyəsində müəyyən edilib. Bununla yanaşı, neft və qaz, gübrə, bəzi ərzaq məhsulları, həmçinin polad, alüminium, mis və avtomobillər kimi artıq digər tarif rejiminə daxil olan mallar yeni rüsumlardan azad edilib.


Yeni qərara əsasən, Argentina, Banqladeş, Böyük Britaniya, Kanada, Hindistan, İndoneziya, Meksika, Pakistan, Şri-Lanka və digər ölkələrin məhsullarına 10 faizlik tarif tətbiq olunacaq.


Avropa İttifaqı, Yaponiya, Cənubi Koreya, Tayvan və İsveçrə üçün isə mövcud rüsumlarla birlikdə ümumi tarif dərəcəsi 10-12,5 faiz təşkil edəcək. Digər 38 ölkəyə 12,5 faizlik tarif müəyyənləşdirilib. Siyahıya Çin də daxildir.


Yeni tarif qərarı bir sıra ölkələrin narazılığına səbəb olub.


Norveç Xarici İşlər Naziri Espen Bart Eyde bildirib ki, ölkəsinin məcburi əməklə istehsal olunan malların qarşısını almaq üçün ciddi mexanizmləri mövcuddur və ABŞ-nin qərarı əsassızdır.


Avstraliya və Braziliya da tariflərin ləğvi üçün Vaşinqtonla danışıqlar aparacaqlarını açıqlayıb. Kanada isə ABŞ ilə bu məsələ üzrə konstruktiv dialoqu davam etdirəcəyini bildirib.


Tramp administrasiyası hesab edir ki, məcburi əməyin tətbiq olunduğu ölkələr ABŞ istehsalçıları qarşısında haqsız rəqabət üstünlüyü əldə edir. Ağ Ev yeni tariflərlə həm insan hüquqları pozuntularına qarşı təzyiq göstərməyi, həm də yerli istehsalçıların maraqlarını qorumağı hədəfləyir.


Bildirilir ki, yeni tariflər əvvəlki müvəqqəti 10 faizlik qlobal rüsumları əvəz etsə də, bu dəfə hüquqi baxımdan daha dayanıqlı mexanizm əsasında tətbiq olunduğu üçün onların məhkəmədə ləğv edilməsi daha çətin ola bilər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031