Trampın həmin istəyini “təhlükəli presedent” adlandırdı

24-07-2026, 10:45 1 834 dəfə baxılıb

 İranın xarici işlər naziri Abbas Əraqçi ölkəsinin aktivlərinin mümkün müsadirəsini “təhlükəli presedent” adlandırıb.


“Yenisirvanli.info.az” xəbər verir ki, bu barədə o, “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.


ABŞ Prezidenti Donald Trampın məsələ ilə bağlı son bəyanatını şərh edən Əraqçi bildirib:


“Əsassız tələblər üçün başqa bir dövlətin aktivlərini müsadirə etmək təhrikedici presedentdir. Bu vəsaitlərin istifadəsini alqışlayanlar və ya onlardan fayda götürənlər yadda saxlamalıdırlar: hökumətlər əmlakın müsadirəsini norma hesab etməyə başlayan kimi heç kimin aktivləri qorunmuş hesab edilə bilməz. Yaranan xaos nə gözəl, nə də dinc olacaq”. 


Xatırladaq ki, daha əvvəl Donald Tramp yaydığı bəyanatda Hörmüz boğazında zərər görən gəmilərin kompensasiyasının İranın dondurulmuş aktivləri hesabına ödəniləcəyini bildirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031