Zelenski ABŞ-yə gedir - Trampla görüşəcək

Bu gün, 12:47 1 844 dəfə baxılıb

 Ukrayna Prezidenti Volodimir Zelenski iyulun 28-də ABŞ-yə səfər edəcək. 


“Yenisirvanli.info.az” xəbər verir ki, bu barədə “Obşestvennoe” nəşri diplomatik dairələrdəki mənbələrə istinadən məlumat yayıb. 


Səfər çərçivəsində onun ABŞ lideri Donald Trampla görüşü, həmçinin senator Lindsi Qremin dəfn mərasimində iştirak etməsi planlaşdırılır. 


Qeyd edək ki, iyulun 23-də Zelenski ABŞ-nin Ukrayna münaqişəsinin nizamlanması üzrə bir neçə yeni təklif hazırladığını açıqlamışdı. Ukrayna lideri bu təklifləri müzakirə etmək üçün artıq gələn həftə Vaşinqtona səfər edə biləcəyini bildirmişdi. 


Onu da xatırladaq ki, amerikalı respublikaçı senator Lindsi Qrem iyulun 11-də 71 yaşında vəfat edib. Bundan bir gün əvvəl o, Kiyevdə səfərdə olmuş və Volodimir Zelenski ilə görüşmüşdü.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031