NATO-da ŞOK HADİSƏ: Qərargahda çalışan casus saxlanıldı

Bu gün, 16:42 1 842 dəfə baxılıb

 Belçikada, NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin Ali Baş Komandanlığının qərargahında çinəsilli Kanada vətəndaşı casusluq şübhəsi ilə saxlanılıb.


“Yenisirvanli.info.az” xəbər verir ki, bu barədə RTBF məlumat yayıb.


Qadının üçüncü ölkənin xeyrinə casusluq etməkdə və cinayətkar təşkilatda iştirakda şübhəli bilindiyi qeyd olunur. Onun təcrübəçi vəzifəsində çalışdığı bildirilsə də, konkret olaraq hansı işlə məşğul olduğu açıqlanmır.


Casusluq işlərinə baxan Belçika Federal Prokurorluğu dərhal məlumatlandırılıb və istintaqın aparılması Şarlerua şəhərinin Federal Məhkəmə Polisinə həvalə edilib. Casusluq və cinayətkar təşkilatda iştirak ittihamları üzrə cinayət işi başlanıb. Şübhəli şəxsin evində və iş yerində axtarışlar aparılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031