İran Ukraynanı vurmaq fikrindən daşınıb - KİV

Bu gün, 11:47 1 857 dəfə baxılıb

 “Tehran Xəzər dənizində İran gəmisinin vurulmasına cavab olaraq, Ukrayna limanlarından birinə zərbə endirmək ideyasından daşınıb”. 


“Yenisirvanli.info.az” xəbər verir ki, bu barədə “The New York Times” qəzeti mənbələrə istinadən məlumat yayıb. 


“Tehran İran gəmisinin vurulmasına cavab olaraq, Ukraynanın dəniz limanlarından birinə zərbə endirmək imkanını nəzərdən keçirirdi, lakin fəal diplomatik danışıqlar sayəsində vəziyyət sakitləşdi”, - nəşr qeyd edib. 


Kəşfiyyat məlumatına görə, İran Ukraynaya ballistik raketlə hücum etməyi planlaşdırıb. Adı açıqlanmayan mənbə mümkün zərbəni “simvolik” kimi xarakterizə edib və endiriləcəyi təqdirdə, minimum zərərə səbəb ola biləcəyini bildirib. 


Qeyd olunub ki, İran tərəfi Ukraynaya zərbə endirilməsinin daha genişmiqyaslı münaqişəyə səbəb ola biləcəyi ehtimalını nəzərə alıb. 


Xatırladaq ki, iyulun 28-də Ukrayna mətbuatında İranın yaxın iki gün ərzində Ukraynaya üç raketlə zərbə endirməyi planlaşdırdığına dair xəbər yayılmışdı. Daha sonra Ukraynanın xarici işlər naziri Andrey Sibiqa iranlı həmkarı Seyid Abbas Əraqçiyə zəng edib. Sibiqa Ukraynanın bütün addımlarının Rusiya təcavüzündən müdafiə olunmağa yönəldiyini bildirib, İranı isə vəziyyəti daha da gərginləşdirəcək addımlardan çəkinməyə və Rusiyanın Ukraynaya qarşı müharibəsinə verdiyi dəstəyi dayandırmağa çağırıb. 







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031