“ABŞ istəməsə, İranı vurmayacağıq”

Bu gün, 13:51 1 839 dəfə baxılıb

 İsrailin Baş naziri Binyamin Netanyahu ABŞ Prezidenti Donald Trampla danışıqlar zamanı ölkəsinin Vaşinqtonun sorğusu olmadan öz təşəbbüsü ilə İrana zərbələr endirməyəcəyini bildirib. 


“Yenisirvanli.info.az” xəbər verir ki, bu barədə “Associated Press” agentliyi İsrail mənbələrinə istinadən məlumat yayıb. 


Bununla belə, Netanyahu İranın İsrailə hücum edəcəyi təqdirdə cavab zərbələri endirmək hüququnu özlərində saxladıqlarını qeyd edib. O həmçinin ölkəsinin İrana dair yeni kəşfiyyat məlumatlarını ABŞ ilə paylaşmağa davam edəcəyini bildirib. 


Nəşrin məlumatına görə, Netanyahu eyni zamanda Vaşinqtonun İranla münaqişədə Yaxın Şərqdəki müttəfiq ərəb ölkələrinin mövqelərini nəzərə almaq məcburiyyətində olduğuna anlayışla yanaşdıqlarını ifadə edib. O, ABŞ liderini İsrail-İran məsələsində Vaşinqtona tam etibar etdiyinə və Trampın istənilən qərarını dəstəkləyəcəyinə əmin edib. 


Xatırladaq ki, Tramp və Netanyahu arasında iyulun 28-də keçirilən danışıqlar təxminən saat yarım davam edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031