Dünənki təyinatından sonra ilk Fərmanı imzaladı

3-08-2026, 10:32 1 916 dəfə baxılıb

 Ermənistanın Baş naziri Nikol Paşinyan dünən yenidən təyin olunduğu bu postda ilk Fərmanı imzalayıb.


“Yenisirvanli.info.az” TASS-a istinadən xəbər verir ki, N.Paşinyan sözügedən Fərmanla Ermənistanın ABŞ-dəki sabiq səfiri Lilit Makuntsu Baş nazirin əsas müşaviri səlahiyyətlərini müvəqqəti idarə edən şəxs postundan azad edib və onu Baş nazirin Aparatının rəhbəri təyin edib.


Bundan əvvəl, o, Lilit Makuntsun həmin vəzifəyə gətiriləcəyini, müdafiə naziri Suren Papikyan və daxili işlər naziri Arpine Sarkisyanın isə öz postlarına yenidən təyin olunacaqlarını bildirmişdi. 


Xatırladaq ki, avqustun 2-də Ermənistan Prezidenti Vaaqn Xaçaturyan iyunda keçirilən parlament seçkilərində qələbə qazanan “Vətəndaş müqaviləsi” partiyasının lideri Nikol Paşinyanı ölkənin Baş naziri təyin edib. O, 2018-i ildən Ermənistanın Baş naziridir.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031