Venesuelada zəlzələ qurbanlarının sayı 6 mini ötdü

4-08-2026, 08:34 1 906 dəfə baxılıb

 İyunun 24-də Venesuelada baş verən iki güclü zəlzələnin qurbanlarının sayı artmaqda davam edir. Son məlumata görə, təbii fəlakət nəticəsində həyatını itirənlərin sayı 6125 nəfərə, yaralananların sayı isə 16 min 740 nəfərə çatıb.


“Yenisirvanli.info.az”ın xəbərinə görə, Venesuela Milli Assambleyasının sədri Xorxe Rodriges sosial media hesabında bildirib ki, son açıqlamadan sonra ölənlərin sayı daha 579 nəfər artıb.


Venesuela prezidentinin səlahiyyətlərini icra edən Delsi Rodriges paytaxt Karakasda keçirilən mənzil təhvili mərasimində bildirib ki, ilin sonunadək zəlzələdən zərər çəkmiş ailələr üçün 4 min yeni ev istifadəyə veriləcək.


Onun sözlərinə görə, hökumət yeni yaşayış layihələri üçün torpaq hazırlığı və tikinti işlərini də davam etdirir.


Rodriges vurğulayıb ki, hökumətin əsas məqsədi zərərçəkmiş vətəndaşlara dəstək olmaq və onların normal həyata qayıtmasını təmin etməkdir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930