Oman sahillərində yük gəmisi vuruldu

4-08-2026, 09:24 1 927 dəfə baxılıb

 Oman sahillərində üzən yük gəmisi naməlum mərmi ilə vurulub.


“Yenisirvanli.info.az” xəbər verir ki, bu barədə Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları Mərkəzi (UKMTO) məlumat yayıb.


Bildirilib ki, insident çərşənbə axşamı səhər Omanın Xasab şəhərindən təxminən 20 dəniz mili şimal-şərqdə qeydə alınıb.


Məlumata görə, yük gəmisi vurulduqdan sonra təcili yardım siqnalı yayımlayıb.


UKMTO hadisənin səbəblərinin araşdırıldığını açıqlayıb və bölgədən keçən gəmilərə ehtiyatlı olmaları, hər hansı şübhəli fəaliyyət barədə dərhal məlumat vermələri tövsiyə olunub.


Hücuma görə hələlik heç bir qruplaşma məsuliyyəti öz üzərinə götürməyib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930