İspaniyaya 72 min qanunsuz miqrant keçib

4-08-2026, 17:17 1 946 dəfə baxılıb

 İyulun sonundan etibarən azı 72 min qanunsuz miqrant Mərakeşin Fenidek sahillərindən İspaniyanın Seuta şəhərinə daxil olub.


“Yenisirvanli.info.az” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə İspaniyanın daxili işlər naziri Fernando Qrande-Marlaska Avropa İttifaqı (Aİ) ölkələrinin DİN rəhbərlərinin görüşünün yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib.


Onun sözlərinə görə, həmin şəxslərdən təxminən 70 min nəfəri Mərakeşə geri qayıdıb.


Yerli mətbuat İspaniya ərazisinə keçməyə çalışarkən həlak olanların sayının 75 nəfərə çatdığını açıqlayıb.


Qeyd edək ki, iyulun 30-da Mərakeşin Fenidek sahillərindən on minlərlə miqrant İspaniyaya məxsus Seuta və Melilya anklavlarına üzərək və ya piyada keçməyə cəhd edib. Bundan sonra İspaniya hökuməti bölgəyə əlavə hərbi qüvvələr göndərərək sərhəd təhlükəsizliyini gücləndirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930