AK Rusiyanın dondurulmuş aktivlərindən gələn beşinci tranşı Kiyevə yönləndirir

5-08-2026, 17:13 1 950 dəfə baxılıb

 Avropa Komissiyası (AK) Rusiya Mərkəzi Bankının dondurulmuş suveren aktivlərindən əldə edilən gəlirlərin 1.4 milyard avro məbləğində beşinci tranşını müsadirə edib və onları Kiyevə ötürəcəyini vəd edib.


“Yenisirvanli.info.az”ın  məlumatına görə, bu barədə AK-nın sədri Ursula fon der Lyayenin bəyanatında deyilib.


"Avqustun 3-də AK Rusiya Mərkəzi Bankının 2026-cı ilin birinci yarısı üçün bloklanmış aktivlərinin yenidən investisiyasından 1.4 milyard avro gəlir əldə edib", - deyə bəyanatda qeyd olunur.


Fon der Lyayen vurğulayıb ki, AK Rusiyaya qarşı döyüş əməliyyatlarının davam etdirilməsinin maliyyələşdirilməsini təmin etmək üçün bu 1.4 milyard avronu Ukraynaya təqdim edəcək. Onun sözlərinə görə, bu artıq belə ödənişlərin beşinci tranşıdır və onların ümumi məbləği 8 milyard avro təşkil edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930