Almaniyaya məxsus gəmi Odessa yaxınlığında vuruldu

6-08-2026, 14:21 1 945 dəfə baxılıb

 Almaniya şirkətinə məxsus yük gəmisi Qara dənizdə Odessa yaxınlığında dron hücumuna məruz qalıb. 


“Yenisirvanli.info.az” xəbər verir ki, bu barədə “Bild” nəşri mənbələrə istinadən məlumat yayıb.


Bildirilib ki, söhbət Liberiya bayrağı altında üzən və qərargahı Hamburqda yerləşən Almaniyanın “Johann M. K. Blumenthal GmbH & Co. KG” şirkətinə məxsus “Emil” gəmisindən gedir. Gəminin Odessadan təxminən 21 dəniz mili (təqribən 39 km) məsafədə hücuma məruz qaldığı qeyd olunub.


Hücum nəticəsində gəmidə yanğın baş verib və bəzi texniki sistemlər sıradan çıxıb, nəticədə gəmi manevr etmək qabiliyyətini itirib. Gəminin 11 nəfərlik ekipajı təxliyə edilib, heç kim xəsarət almayıb. 


Bununla belə, ekipaj üzvləri təhlükəsiz yerə çatdırılarkən, yük gəmisi yenidən hücuma məruz qalıb. 


Rusiya Müdafiə Nazirliyi “Telegram” kanalında hücum faktını təsdiqləyib. 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930