Paşinyan bu 3 nəfəri yenidən vəzifəyə təyin etdi

6-08-2026, 18:10 1 962 dəfə baxılıb

 Ermənistanın Baş naziri Nikol Paşinyanın qərarı ilə ölkənin təhlükəsizlik və kəşfiyyat strukturlarının rəhbərliyində bir sıra təyinatlar həyata keçirilib.


“Yenisirvanli.info.az” “Armenpress”ə istinadən xəbər verir ki, qərarlar Ermənistan hökumətinin rəsmi portalında dərc olunub.


Hökumət rəhbərinin müvafiq qərarları ilə Artur Qasparyan Dövlət Mühafizə Xidmətinin rəisi, Andranik Simonyan Milli Təhlükəsizlik Xidmətinin (MTX) direktoru, Kristinne Qriqoryan isə Xarici Kəşfiyyat Xidmətinin rəisi vəzifələrinə yenidən təyin ediliblər.


Qeyd edək ki, hər üç şəxs bu vaxtadək həmin qurumlarda rəhbər vəzifələrin müvəqqəti icraçısı idilər.


Bundan başqa, Baş nazirin digər bir qərarı ilə Aram Hakobyan Milli Təhlükəsizlik Xidmətinin direktor müavini vəzifəsindən azad edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930