Avropadakı anomal istilər ölkələrin büdcələrinə ümumilikdə bu qədər ziyan vura bilər

8-08-2026, 10:16 59 dəfə baxılıb

Avropada müşahidə olunan anomal istilər qitənin iqtisadiyyatı üçün ciddi təhlükəyə çevrilir, xüsusilə açıq havada əməkdən asılı olan sahələrin fəaliyyətini pozaraq və işçilərin müdafiəsi sistemindəki çatışmazlıqları üzə çıxarır.

Yenisirvanli.İnfo.Az bildirir ki, bu barədə “Euobserver” portalı yazır.

Portalın məlumatına görə, ekstrimal hava şəraiti ilə əlaqədar ümumi iqtisadi zərərin həcmi 800 milyard avroya çata bilər.

“Ekstremal istilər Avropada səhiyyə və iqtisadiyyat üçün ciddi risk yaradır, bunun mühüm makroiqtisadi və hətta büdcə ilə bağlı fəsadları var”, – deyə Avropa Ətraf Mühit Agentliyinin (EEA) iqlim dəyişikliklərinə uyğunlaşma üzrə eksperti Hans Martin Füssel bildirib.

Məlumata görə, yay aylarında müşahidə olunan ekstremal istilərdən ən böyük maliyyə itkisi ilə Fransa üz-üzə qala bilər. “Allianz SE” şirkətinin – Avropanın ən böyük sığortaçısının apardığı təhlilə əsasən, 2030-cu ilədək ölkədə təxminən 240 milyard dollar dəyərində istehsal həcmi risk altındadır. Şirkətin qiymətləndirməsinə görə, İtaliya, İspaniya və Almaniya da ciddi zərər görə biləcək ölkələr sırasındadır.

İyunun ikinci yarısında Avropa ekstremal isti hava şəraiti ilə üzləşib. Qərbi Avropa ölkələrində havanın temperaturu 40 dərəcəni ötüb. İyulun 9-da Avropanın Kopernikus Yerin məsafədən müşahidəsi və xəritələşdirilməsi Xidməti təsdiqləyib ki, ötən iyun ayı meteoroloji müşahidələr tarixində ən isti iyun olub. Yer səthinə yaxın qat üzrə orta temperatur 20,74 dərəcə təşkil edib.


Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930