Kanadada meşə yanğınları səbəbindən 20 min nəfər təxliyə edildi

10-08-2026, 10:44 108 dəfə baxılıb

Kanadanın qərbində sürətlə yayılan meşə yanğınları səbəbindən son sutka ərzində təxminən 20 min nəfər təxliyə edilib.

Yenisirvanli.İnfo.Az CNN-ə istinadən xəbər verir ki, Britaniya Kolumbiyası əyalətinin Sammerlend və Piçlend şəhərlərinin sakinləri yanğının yaşayış evlərinə yaxınlaşması səbəbindən təcili şəkildə ərazidən çıxarılıblar.

Məlumata görə, bölgələrdən birində meşə yanğını bir neçə saat ərzində təxminən 50 kvadratkilometr ərazini əhatə edib.

Təbii fəlakət səbəbindən Britaniya Kolumbiyasında avqustun 8-də fövqəladə vəziyyət elan edilib.

Avqustun 9-u səhər saatlarınadək yanğınların ümumi sahəsi təxminən 100 kvadratkilometrə çatıb.


Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031