Tramp İranla bağlı gözləmə mövqeyinə keçdi

11-08-2026, 10:17 95 dəfə baxılıb

 

ABŞ prezidenti Donald Tramp İrana qarşı gözləmə mövqeyinə qayıdıb.

Yenisirvanli.İnfo.Az bildirir ki,məlumatı “The Wall Street Journal” (WSJ) qəzeti adları çəkilməyən ABŞ administrasiyasının rəsmilərinə istinadən yayıb.

Bildirilir ki, “tammiqyaslı müharibəni davam etdirmək istəməyən və diplomatik danışıqlardan ehtiyat edən Tramp, maliyyə sanksiyalarına və ABŞ-ın İranın dəniz limanlarını blokadasına iqtisadi ziyan vurmaq üçün daha çox vaxt verəcək gözləmə mövqeyini qəbul edir”.

Nəşrin yazdığına görə, bu taktika ABŞ prezidentinin köməkçiləri tərəfindən fəal şəkildə təbliğ olunub.

Lakin bəzi ekspertlər İranın belə bir taktikaya qarşı mübarizə apara biləcəyini qeyd edirlər.

“ABŞ-ın İranı blokada etməsi onsuz da ağır olan iqtisadi vəziyyəti daha da pisləşdirə bilərmi? Əlbəttə ki, buna görə heç kim İranın boş oturacağını gözləməməlidir. O, mübarizə aparacaq”, – deyə nəşr əvvəllər ABŞ administrasiyasında və kəşfiyyat orqanlarında, o cümlədən İranın nüvə proqramı ilə bağlı məsələlərdə çalışmış Erik Bruerdən sitat gətirir.

“İran sübut edib ki, ABŞ-dan daha ağrılı zərbələr imkanına malikdir.

Bunun dəyişəcəyini göstərən heç nə görmürəm. ABŞ-ın yaxşı variantları yoxdur, yalnız pis variantları var”.


Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930