KİV: Rusiya reaktiv dronların istehsalı üçün Çindən mühərrik tədarükündən asılıdır
Rusiya adi pərvanəli dronların əvəzinə reaktiv pilotsuz uçuş aparatlarından daha fəal istifadə etməyə başlayıb. Son hücumlarda onların payı artıq 25-50 faizə çatıb.
"Geran-4 və Geran-5-dən danışsaq, onların turbinli reaktiv mühərrikləri ilə bağlı problem var. Onlar öz mühərriklərini istehsal etməyə çalışırlar. Hazırda bu məhsulların tədarükündə tamamilə Çindən asılıdırlar və mühərriklər bahadır – hər birinin qiyməti təxminən 35-40 min dollardır", deyə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəis müavini, general-mayor Vadim Skibitski RBK-Ukrayna-ya müsahibəsində bildirib.
Nəşr xatırladıb ki, bu ilin yanvarında da Rusiyanın reaktiv pilotsuz uçuş aparatlarının istehsalında Çindən kritik dərəcədə asılı olması barədə yazıb.
Xüsusilə Geran-3, Geran-4 və Geran-5 dronlarında Rusiyanın bazarında fəal fəaliyyət göstərən Çinin Telefly şirkətinin mühərriklərindən istifadə olunur.
Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin məlumatına görə, Geran-3-də Telefly şirkətinin 80 kq qüvvə dartısına malik mühərriki, Geran-4-də 160 kq qüvvə, Geran-5-də isə 200 kq qüvvə dartısına malik mühərrik quraşdırılıb. Bundan əlavə, Rusiya Bandarol qanadlı raketində Çinin digər şirkəti Swiwin-in 80 kq qüvvə dartısına malik mühərriklərindən də istifadə edir.
Analitiklər qeyd ediblər ki, bu mühərriklər mülki məhsul kimi satılır. Lakin onların Rusiyaya kütləvi tədarükünün Pekinin rəsmi orqanlarının səssiz razılığı olmadan həyata keçirilməsi çətin görünür.
Çin şirkətlərinin Rusiyanın tələbatını təmin etmək üçün istehsal güclərini artıracağı da istisna edilmir.
Yenisirvanli.İnfo.Az
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: