"Vaşinqton geri addım atır"-2 mindən çox raket hücumu, 13 milyardlıq zərər

19-08-2026, 10:04 278 dəfə baxılıb

 Pentaqonda Yaxın Şərqdəki ABŞ hərbi kontingentinin azaldılması imkanları müzakirə olunur.

Yenisirvanli.İnfo.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, buna səbəb İranın Birləşmiş Ştatların obyektlərinə endirdiyi zərbələrin həmin hərbi bazaların zəif tərəflərini üzə çıxarmasıdır.
“Pentaqon İranla müharibədən sonra Fars körfəzindəki hərbi iştirakını azaltmaq imkanlarını nəzərdən keçirir, çünki İranın zərbələri ABŞ-nin iri bazalarındakı zəiflikləri aşkar edib. Zədələnmiş obyektlərin bərpası əvəzinə qoşunların qərbə – İordaniya, İsrail və ya Səudiyyə Ərəbistanı istiqamətinə keçirilməsi variantlar arasında dəyərləndirilir”, – deyə portal vurğulayıb.
Bununla belə, ABŞ Müdafiə Nazirliyinin hələlik yekun qərar qəbul etmədiyi bildirilir.
Xatırladaq ki, avqustun 11-də “The Wall Street Journal” (WSJ) nəşri İranın hücumlarının ABŞ-yə 13 milyard dollar zərər vurduğunu yazmışdı.
 Fevral ayında münaqişə başlayandan bəri Tehran ABŞ hərbi bazalarına 2.000-dən çox raket və dron zərbəsi endirib.
Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930