Tramp bu payız Kim Çen Inla görüşmək istəyir

19-08-2026, 10:35 137 dəfə baxılıb

 

ABŞ Prezidenti Donald Tramp köməkçilərindən bu ilin payızında Şimali Koreya lideri Kim Çen Inla görüşün təşkil edilməsini istəyib.
 
Moderator.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) mənbələrə istinadən məlumat yayıb.
 
Yenisirvanli.İnfo.Az bildirir ki, Nəşrin məlumatına görə, Tramp müşavirləri ilə Asiyaya növbəti səfəri zamanı Kim Çen Inla üzbəüz danışıqlar keçirmək imkanını müzakirə edib.
 
ABŞ Prezidentinin noyabrda Şençjendə keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammitində iştirak etmək üçün regiona səfər edə biləcəyi bildirilir. Bununla belə, WSJ vurğulayır ki, Tramp-Kim görüşünün rəsmi şəkildə planlaşdırılmasına hələ başlanılmayıb.
 
Nəşrin yazdığına görə, Tramp mümkün görüşü Şimali Koreya ilə dialoqu bərpa etmək və Pxenyanı nüvə proqramından imtinaya razı salmağa çalışmaq üçün fürsət kimi qiymətləndirir. Bununla yanaşı, bir sıra ekspertlər və ABŞ rəsmiləri liderlərin mümkün danışıqlarından ciddi irəliləyiş gözləmirlər.
 
Ağ Evdəki mənbə bildirib ki, Tramp və Kim Çen In arasında görüş “uyğun vaxtda” baş tutacaq.
 
WSJ-nin məlumatına görə, Tramp 2025-ci ildə Asiya turnesi zamanı da Şimali Koreya lideri ilə görüşmək istəyib. Pxenyan həmin vaxt görüşə etiraz etmədiyini Vaşinqtona çatdırsa da, tərəflər qısa müddət ərzində təşkilati məsələləri həll edə bilməyiblər.
 
Qeyd edək ki, Tramp avqustun 17-də Kim Çen Inın danışıqlar təşəbbüsünə cavab verdiyini və aralarında qarşılıqlı anlaşmanın olduğunu bildirib.
 
Donald Tramp ilk prezidentlik dövründə Kim Çen Inla üç dəfə – 2018-ci ilin yayında, 2019-cu ilin qışında və yayında görüşüb.
Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930