Türkiyə sahillərində faciə: Bir ailədən üç gəncin meyiti tapıldı

21-08-2026, 12:21 145 dəfə baxılıb

Türkiyədə çimərlikdə üç nəfərin meyiti tapılıb. Polis onların hamısının eyni ailənin üzvləri olduğunu müəyyən edib.

Yenisirvanli.İnfo.Az bildirir ki, bu barədə "TRT Haber" telekanalı məlumat verib.

Qeyd edilib ki, dalğa əvvəlcə iki qadının, daha sonra isə bir kişinin meyitini sahilə çıxarıb. Şahidlər baş vermiş hadisə barədə fövqəladə xidmətlərə bildiriblər, əraziyə tibb işçiləri, polis və sahil mühafizəsinin əməkdaşları gediblər.

Ölənlərin şəxsiyyəti müəyyənləşib. Onlar eyni ailənin üzvləridir - Məhəmməd Əli Sakar (17 yaş), Gülşah Sakar (24 yaş) və Belinay Sakar (15 yaş).

Daha əvvəl itkin düşmüş kimi qeydiyyata alınan dördüncü bacı Bilgenur Sakar isə axtarış əməliyyatı nəticəsində sağ tapılıb.


Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930