Moskvada hərbi zavoda hücum planı: 8 nəfər saxlanıldı, biri öldürüldü

21-08-2026, 12:28 206 dəfə baxılıb

 

Rusiyanın Moskva vilayətində hərbi-sənaye kompleksinə məxsus zavoda dron hücumu planlaşdıran 8 nəfər həbs edilib. Daha bir nəfər müqavimət göstərdiyindən öldürülüb.

Yenisirvanli.İnfo.Az bildirir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) İctimaiyyətlə əlaqələr mərkəzi məlumat yayıb.

Bildirilib ki, iyul ayında Moskva bölgəsindəki strateji obyektə FPV dronlarından istifadə etməklə planlaşdırılan hücumun qarşısı alınıb.

Məlumata görə, hücum güclü partlayıcı qurğularla silahlanmış 35 dron vasitəsilə həyata keçiriləcəkmiş. 

FTX iddia edir ki, onlar Avropa kəşfiyyat orqanlarının köməyi ilə Polşa və Belarus vasitəsilə Slovakiyadan Rusiyaya qaçaqmalçılıq yolu ilə gətirilib.

Agentlik hücumun planlaşdırıcısı kimi ukraynalı blogger və repçi Albert Vasilievi (təxəllüs Kiyevstoner) göstərir. O, hazırda Qərbi Avropada yaşayır. Reper özü FTX-nin ittihamlarını rədd edib.

Faktla bağlı cinayət işi açılıb. İstintaq davam etdirilir.


Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930