Qardaş ölkədə dəhşət - 14 körpə yanaraq öldü

26-08-2026, 10:23 212 dəfə baxılıb

 

İslamabadda yerləşən Pakistan Tibb Elmləri İnstitutunun ginekologiya şöbəsində baş verən yanğında ən azı 14 yenidoğulmuş ölüb.

Yenisirvanli.İnfo.Az bildirir ki, bu barədə Pakistanın "Geo News" televiziya kanalı mənbələrə istinadən məlumat yayıb.

Məlumatda deyilir: "Xəstəxananın ginekologiya şöbəsində baş verən yanğında ən azı 14 yenidoğulmuş ölüb. Yanğın doğum şöbəsinin içərisində kondisioner kompressorunun partlamasından sonra başlayıb".

Xilasetmə qrupları hazırda yanğını söndürmək üçün çalışırlar.


Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930