Qazaxstanda hökumət istefa verdi

28-08-2026, 09:40 55 dəfə baxılıb

 

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev hökumətin səlahiyyətlərini dayandırması barədə fərman imzalayıb. Fərman 28 avqust 2026-cı ildə imzalanıb.

Yenisirvanli.İnfo.Az bildirir ki, qərar yeni seçilmiş Qurultay qarşısında hökumətin səlahiyyətlərini təhvil verməsi ilə əlaqədardır. Qazaxıstan Konstitusiyasının 69-cu maddəsinə əsasən, hökumət yeni seçilmiş Qurultay qarşısında səlahiyyətlərini təhvil verməlidir.

Fərmana əsasən, hazırkı hökumət yeni kabinetin tərkibi təsdiqlənənədək öz vəzifələrini icra etməyə davam edəcək. Yəni hökumətin istefası ölkədə idarəetmənin dayandırılması demək deyil.

Hazırkı hökumət Baş nazir Olcas Bektenovun rəhbərliyi ilə fəaliyyət göstərir. Hökumətin istefası avqustun 23-də keçirilən parlament seçkilərindən sonra gözlənilən proses idi. Tokayev daha əvvəl seçkidən sonra hökumətin istefa verəcəyini, kabinetdə isə əsasən nöqtəvi dəyişikliklərin aparılacağını bildirmişdi.

Qazaxıstanda yeni seçilmiş birpalatalı Qurultayın ilk sessiyası da bu gün Astanada başlayıb.


Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930