Ebola epidemiyasına yoluxanların sayı 6 min nəfəri keçib

1-09-2026, 10:31 65 dəfə baxılıb

 

Konqo Demokratik Respublikasında (KDR) laboratoriya şəraitində təsdiqlənmiş Ebola qızdırması hallarının sayı son sutkada 96 nəfər artaraq 6041-ə çatıb.

Yenisirvanli.İnfo.Az bildirir ki, bu barədə ölkənin Rabitə və Media Nazirliyi məlumat yayıb.

Məlumata əsasən, son 24 saat ərzində xəstəlikdən 49 nəfər vəfat edib. Bununla da epidemiyadan ölənlərin ümumi sayı 2911 nəfərə çatıb, ölüm göstəricisi isə 48,2 faiz təşkil edir.

Səhiyyə mütəxəssisləri bildirir ki, xəstəliyin yayılmasına nadir "Bundibugyo" virusu səbəb olur və hazırda onun peyvəndi klinik sınaq mərhələsindədir. Bu, Afrika tarixində qeydə alınan ikinci ən böyük Ebola epidemiyası hesab olunur.



Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031