200 min dollarlıq brilyantı ağzında gizlədən turist ələ keçib

3-09-2026, 10:21 206 dəfə baxılıb

 

Sinqapur məhkəməsi ölkədə zərgərlik mağazasından oğurluq edən və təxminən 200 min dollar dəyərində brilyantı ağzında gizlədən xarici turistə 2 il 4 ay həbs cəzası verib. Lakin yerli hüquq-mühafizə orqanları əcnəbi oğrunun kimliyi və onun hansı ölkədən olması barədə ictimaiyyətə məlumat verməyib. 

Yenisirvanli.İnfo.Az  "The Straits Times" nəşrinə istinadla bildirir ki, həbs edilən turist alıcı kimi mağazaya daxil olub, daha sonra oğru satıcının diqqətinin yayındığı anda brilyant daşı götürərək ağzında gizlədib. Mağaza əməkdaşları oğurluğu tezliklə aşkar edib və polis gələnədək çıxışları bağlayıblar.

Təqsirləndirilən şəxs əvvəlcə təqsirini inkar etsə də, tibbi müayinə zamanı onun həzm sistemində yad cisim aşkarlanıb. O, brilyantı udmağa macal tapmamış daş təbii yolla çıxarılıb. 

Məhkəmə qarşısına çıxarılan turist ittiham üzrə təqsirini etiraf edib və Sinqapur məhkəməsi onu bu ölkənin həbsxanasında cəza çəkmək şərti ilə, ekstradisiya olmadan 2 il 4 ay azadlıqdan məhrum edib. 



Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031