Bill Qeyts: Süni intellekt 1 milyard insanın ölümünə səbəb ola biləcək hadisələrə yol aça bilər

26-09-2026, 10:55 239 dəfə baxılıb

 

“Microsoft”un qurucusu Bill Qeyts süni intellekt texnologiyalarından bədniyyətli insanların istifadə etməsinin son dərəcə ağır nəticələrə səbəb ola biləcəyini bildirib.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, Qeyts NBC telekanalına müsahibəsində süni intellektin potensial risklərindən danışıb.

“Süni intellekt, şübhəsiz ki, bir milyard insanın ölümünə səbəb ola biləcək hadisələri törətmək üçün kifayət qədər gücə malikdir”, – o bildirib.

Qeyts bunu süni intellekt texnologiyalarının “pis niyyətli” insanların əlinə keçməsi ehtimalı ilə əlaqələndirib.

O, sentyabrın 15-də “The Times” qəzetinin podkastında süni intellektə nəzarət edəcək beynəlxalq təşkilatın yaradılmasının tərəfdarı olduğunu da bildirmişdi.(apa)



Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031