KİV: Netanyahu gizli şəkildə Əbu-Dabiyə səfər edib

28-09-2026, 09:10 71 dəfə baxılıb

 

İsrailin Baş naziri Benyamin Netanyahu bazar günü gizli şəkildə Əbu-Dabiyə səfər edib.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, bu barədə İsrailin “12-ci kanal”ı mənbələrinə istinadən məlumat yayıb.

Telekanalın məlumatına görə, Netanyahu səhər saatlarında şəxsi təyyarə ilə Birləşmiş Ərəb Əmirliklərinə yola düşüb və bütün günü orada keçirib. O, axşam saatlarında İsrailə qayıdıb.

Telekanalın iddiasına görə, səfərin məqsədi BƏƏ Prezidenti Məhəmməd bin Zayed Al Nəhyanla təkbətək görüş keçirmək olub.

Görüşdə hansı məsələlərin müzakirə edildiyi açıqlanmayıb.

Netanyahunun ofisi yayılan məlumatı hələlik şərh etməyib.



Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031