Türkiyədə daha bir TV bağlandı: "Bu mübarizə biz çox zərər verdi"

5-10-2026, 09:49 142 dəfə baxılıb

 

Türkiyədə TELE2 kanalından sonra daha bir TV bağlanıb.

Yenisirvanli.İnfo.Az Türkiyə mətbuatına istinadla xəbər verir ki, təxminən 21 illik yayım tarixinə malik Cem TV ekranlara vida edir.

Bu barədə telekanalın rəhbəri Erol İşık məlumat yayıb.

O bildirib ki, 2023-cü ildə yayımını dayandıran, 11 mart 2026-cı ildə yenidən efirə dönən kanal tezliklə bağlanacaq: "Bu kanal uğruna mübarizə, şübhəsiz ki, bizə çox zərər verdi".

İşık etiraf edib ki, Ələvi icmasına xidmət etmək məqsədi ilə yola çıxsalar da,  gözlədikləri dəstəyi ala bilməyiblər: "Əksinə, Kanala mane olanlar hədsiz çox idi... Belə bir çətin vəziyyətdə maliyyə problemlərimizi də həll edə bilmədiyimizdən peyk və digər sahələrə borclarımız artıb. Bu səbəbdən kanalın fəaliyyətini dayandırmağa qərar verdik..."



Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031