Türkiyə, Misir, Pakistan və Səudiyyə Ərəbistanı birgə bəyanat yaydı
Türkiyə, Misir, Pakistan və Səudiyyə Ərəbistanı Yəməndə İran tərəfindən dəstəklənən Husi üsyançılarının Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyada qarşı hücumlarını qınayıb.
Yenisirvanli.İnfo.Az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə 4 ölkə birgə bəyanat yayıb.
Bəyanatda Ər-Riyaddakı hava limanlarına hücumlar şiddətlə pislənilib və bunun regional sülh və təhlükəsizliyi təhdid etdiyi xüsusi vurğulanıb: "Husilər məsuliyyətini anlamalı və hücumların dərhal və qeyd-şərtsiz dayandırmalıdır"
Bəyanatda Səudiyyə Ərəbistanının təhlükəsizliyini təmin etmək üçün atacağı qanuni addımlara tam dəstək də ifadə olunub.
Yenisirvanli.İnfo.Az
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: