ABŞ İrana yeni hücumun vaxtı barədə Körfəz ölkələrini xəbərdar etdi-TƏCİLİ

Bu gün, 09:56 32 dəfə baxılıb

 

ABŞ noyabrın 3-də keçiriləcək Konqresə aralıq seçkilərindən sonra İrana qarşı yeni hərbi əməliyyatların başlanması ehtimalı barədə Fars körfəzi regionunun bir sıra ölkələrini məlumatlandırıb.


Yenisirvanli.İnfo.Az xəbər verir ki, “The Wall Street Journal” qəzetinin mənbələrə istinadən yaydığı xəbərə görə, Vaşinqton regiondakı tərəfdaşlarını İrana qarşı qısamüddətli, lakin intensiv hərbi kampaniyanın mümkünlüyü barədə xəbərdar edib. Məlumata əsasən, Pentaqon təhlükə altında qala biləcək Yaxın Şərqdəki bəzi hərbi bazalardan amerikalı hərbçiləri təxliyə edib. Eyni zamanda regionda yerləşdirilən ABŞ qüvvələrinin sursat ehtiyatları artırılır, bombardmançı və qırıcı təyyarələr mümkün hücumlara hazırlanır. Nəşrin məlumatına görə, ABŞ Prezidenti Donald Tramp hərbi əməliyyatların bərpası barədə hələlik yekun qərar qəbul etməyib. Bununla belə, mənbələr Trampın seçkilərdən sonra İrana qarşı genişmiqyaslı hücum variantına meyilləndiyini bildirirlər. Mümkün əməliyyatların hədəfləri arasında İranın infrastrukturu və nüvə obyektlərinin də ola biləcəyi qeyd olunur.

İran hakimiyyəti bu xəbərdarlıqdan artıq məlumatlı olduğunu bəyan edərək ABŞ və İsrail ordusuna sərt cavab veriləcəyini bildirib. tezadlar



Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031