DİM-dən ŞÜBHƏLİ TENDER - ÖZBAŞINA QALIBLAR...

Bu gün, 09:48 544 dəfə baxılıb

 

Dövlət qurumlarının keçirdiyi satınalma müsabiqələrində dövlət büdcəsinə borcu olan şirkətlərin iştirakı və qalib gəlməsi halları müşahid olunmaqdadır. 32gun.az-ın əldə etdiyi məlumata görə, "Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi" (DİM) Publik Hüquqi Şəxsi avtomobil nəqliyyatı üçün texniki xidmətin və təmir işlərinin satın alınması ilə bağlı keçirdiyi satınalma prosedurunu yekunlaşdırmaq üzrədir.


Müsabiqə üzrə "RN STRONG" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 10.518,52 AZN (10.5 min manatdan çox) dəyərində satınalma müqaviləsinin bağlana biləcəyi gözlənilir.

Qalib şirkətin vergi borcu və 100 manatlıq kapitalı

32gun.az-ın əldə etdiyi əsas məlumata görə, tenderin qalibi olmağa namizəd "RN STRONG" MMC-nin dövlət büdcəsinə 3.238,13 AZN məbləğində vergi borcu mövcuddur.

Nizamnamə kapitalı cəmi 100 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri, Binəqədi rayonu, M.Rəsulzadə ŞTQ, 8 Mart (Rəsulzadə qəsəbəsi), ev 16A, mənzil 16A ünvanında yerləşir. Şirkətin qanuni təmsilçisi isə Tuncay Muradov Alış oğludur.

"Dövlət satınalmaları haqqında" Qanunun tələblərinə rəğmən, dövlət qarşısında vergi öhdəliyi (borcu) olan bir şirkətlə satınalma müqaviləsinin imzalanması məsələsi diqqət çəkən suallar doğurur.

Xatırladaq ki, Azərbaycan Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadədir.



Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031