Siyəzəndə DƏHŞƏTLİ QƏTL - 45 yaşlı kişi qadın qohumunu boğaraq öldürdü
Siyəzən rayonunun Balaca Həmyə kənd sakini, 45 yaşlı Naqil Səmədağa oğlu Ağamalıyev qohumu, 43 yaşlı Xəyalə Muradağa qızı Ağamalıyevanı Siyəzən şəhərində yaşadığı evdə boğaraq öldürüb.
Yenisirvanli.İnfo.Az xəbər verir ki, faktı Siyəzən Rayon Prokurorluğu araşdırır.
Əməli törədən şəxs polis tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Yenisirvanli.İnfo.Az
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: