Bugün Bakıda yağış yağacağı,şimşək çaxacağı gözlənilir

Bu gün, 10:27 148 dəfə baxılıb

 

Oktyabrın 26-da Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 13-16, gündüz 17-20 dərəcə isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunu, nisbi rütubət gecə 70-75, gündüz 60-65 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Səhər saatlarından yağıntılar tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman müşahidə olunacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 12-15, gündüz 17-20 dərəcə isti, dağlarda gecə 0-5, gündüz 5-9 dərəcə isti olacaq.



Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031