Rusiyada yük qatarının 20 vaqonu relsdən çıxıb, yanğın baş verib

Bu gün, 10:20 49 dəfə baxılıb

 

Rusiyanın Sverdlovsk vilayətində yük qatarının 20 vaqonu relsdən çıxıb, nəticədə yeddi sistern yanmağa başlayıb.
TASS-ın xəbərinə görə, hadisə yerli vaxtla saat 01:30-da Makarçevo–Sedelnikovo dəmir yolu sahəsində qeydə alınıb.
Sverdlovsk Dəmir Yolunun məlumatına əsasən, qəza nəticəsində qonşu dəmir yolu xəttində də hərəkət üçün maneə yaranıb. Hadisənin baş verdiyi ərazidə qatarların hərəkəti müvəqqəti dayandırılıb.
Bildirilib ki, sözügedən dəmir yolu sahəsində sərnişin qatarlarının hərəkəti nəzərdə tutulmayıb və həyata keçirilmir.
Hadisə nəticəsində xəsarət alan olmayıb.
Hazırda yanğın baş verməyən 54 vaqon bərpa qatarının köməyi ilə təhlükəsiz məsafəyə daşınır.
Qəzanın nəticələrinin aradan qaldırılmasına 106 nəfər və 31 texnika cəlb edilib. Onlardan 58 nəfər və 20 texnika Rusiya Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və avadanlıqlarıdır.
Rusiya İstehlakçıların Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət Federal Xidməti yaxınlıqdakı yaşayış məntəqələrində havanın keyfiyyətinin yoxlanılacağını açıqlayıb.
Hadisə yerinə müstəntiqlər, kriminalistlər və Sverdlovsk nəqliyyat prokuroru göndərilib.
Faktla bağlı araşdırma başlanılıb, qəzanın səbəbləri və başvermə şəraiti müəyyənləşdirilir. ///apa.az///
Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031