Böyük Britaniyada güclü fırtına: 1500-dən çox aviareys gecikdi

Bu gün, 10:19 40 dəfə baxılıb

 

Böyük Britaniyada “Boelo” fırtınası səbəbindən hava nəqliyyatının fəaliyyətində ciddi fasilələr yaranıb.

Yenisirvanli.İnfo.Az xarici KİV-ə istinadən xəbər verir ki, ölkənin hava limanlarında 1500-dən çox aviareys gecikib.

Bildirilib ki, uçuşların orta gecikmə müddəti təxminən iki saat təşkil edib. Ən çox təsirlənən hava limanları London, Mançester, Edinburq və Qlazqoda yerləşir.

Şotlandiyada güclü külək nəticəsində ağacın aşması 60 yaşlı kişinin ölümünə səbəb olub.

Son günlər regionda qeydə alınan ikinci güclü fırtına zamanı küləyin sürəti Şotlandiyanın bəzi ərazilərində saniyədə 38 metrə, İngiltərədə isə 31,1 metrə çatıb.

Elektrik xətlərinin zədələnməsi nəticəsində 82 mindən çox ev işıqsız qalıb.



Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031