Noyabrın 4-də Rusiya-Ukrayna-ABŞ danışıqları ola bilər
Rusiya, Ukrayna və ABŞ arasında üçtərəfli danışıqların noyabrın 4-də Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) keçirilməsi planlaşdırılır.
Yenisirvanli.İnfo.Az "RT"ə istinadən xəbər verir ki, bu barədə Polşanın Baş naziri Donald Tusk bildirib.
Tusk, həmçinin Finlandiya Prezidenti və Norveçin Baş nazirinin Vladimir Putinlə telefon danışıqlarının ABŞ, Polşa və Ukrayna Prezidenti Volodimir Zelenski ilə aparılan məsləhətləşmələrin nəticəsi olduğunu söyləyib.
Rusiya Prezidenti Vladimir Putin daha əvvəl Moskvanın Ukrayna münaqişəsinin nizamlanması üzrə üçtərəfli formatda danışıqları bərpa etməyə hazır olduğunu bəyan edib.
Putinin sözlərinə görə, bu danışıqların məqsədi yekun sülh sazişlərinə nail olunduqdan sonra Rusiya və Ukraynanın təhlükəsizliyinə dair təminatları müzakirə etməkdir.
Rusiya lideri vurğulayıb ki, bu məsələ müzakirə edilərkən bütövlükdə Avropanın təhlükəsizlik arxitekturası da nəzərdən keçirilməlidir.
Yenisirvanli.İnfo.Az
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: