13 saylı cəzaçəkmə müəssisəsinin rəisi Çingiz Yunisov bu səbəbdən işdən çıxarılıb

26-03-2025, 18:18 168 dəfə baxılıb

 

13 saylı cəzaçəkmə müəssisəsinin rəisi Çingiz Yunisovun vəzifəsindən azad edilməsinin səbəbi məlum olub.

 Yenisirvanli.İnfo.Az Musavat.com-a istinadən xəbər verir ki, Çingiz Yusifov həbsxanada dustağa yaradılan xüsusi şəraitə görə cəzalandırılıb.

Belə ki, xidməti yoxlama zamanı dustaqlardan birindən planşet, qulaqlıq, smart saat, modem aparatı və bahalı viski aşkarlanıb.

Həmin dustaq da məsuliyyətə cəlb edilib və əlavə 5 ay həbs cəzası alıb.

Qeyd edək ki, bu hadisədən sonra Penitensiar Xidmətin rəisi, ədliyyə general-mayoru Mirsaleh Seyidovun təqdimatı əsasında ədliyyə naziri Fərid Əhmədov Penitensiar Xidmətin 13 saylı cəzaçəkmə müəssisəsinin rəisi Çingiz Yunisovu vəzifəsindən azad edib.

Çingiz Yunisovun, ümumiyyətlə, ədliyyə orqanlarında qulluq keçməsinə xitam verilib.

 Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031